Want create site? Find Free WordPress Themes and plugins.

Sizin məmnuniyyətiniz

Kitabların (və irəlidə mümkün digər məhsulların) qiymətləri sizin məmnuniyyətiniz və bizim əldə etdiyimiz ortalama gəlir nəzərə alınaraq müəyyən edilir. Mağazada hər bir məhsulun yanında qeyd edilən qiymət yekun qiymətdir.

Üslubumuz

Yaşıl Elm mağazasına rəğmən biz heç bir məqsəd güdməyən platforma olaraq qalacağıq. Mağazanın məqsədi sadəcə və sadəcə öz büdcəmizi formalaşdıraraq elm adına daha iri addımlarla daha uzun yollar qət edə bilməyimizdir.

Suallar

Niyə sadəcə internet üzərindən fəaliyyət göstərirsiniz?

Kitab evləri və mağazalar kitab satışından əldə edilən məbləğin ciddi miqdarını tələb etdikləri üçün onsuz da limitli olan maddi qaynaqlarımızı sabitləşdirmək və kitabqiymətlərini artırmadan eyni məhsuldarlığı əldə etmək üçün internet mağazamızı yaratmağa məcbur olduq.

Mağazada real olaraq alış-veriş etməyim ilə internet-mağazadan alış-veriş etməyim arasındakı fərqlər nədir?

Real alış-verişin əksinə iş prinsibimiz müəyyən müddətlər ərzində fasilələrlə endirimlər etmək deyil, internet mağazamız üzərindən alış-veriş etdiyinizdə davamlı olaraq aldığınız məhsul miqdarından asılı olaraq avtomatik endirimlər və ya bir növbəti sifariş üçün endirim hədiyyəsi əldə etmiş olursunuz. Həmçinin kitab almaq üçün mağazaya getmək əvəzinə sifariş etdiyiniz kitab qısa müddət ərzində sizin ünvanınıza çatdırılır.

Kitabların çatdırılma qiyməti mağazada əks edilən qiymətə daxildirmi?

Bəli. Sifariş etmək istədiyiniz kitabların çatdırılma haqqı göstərilmiş qiymətə daxildir və çatdırılma haqqı olaraq sizdən əlavə xidmət haqqı istənilməyəcək.

Bakı ətrafı bölgələr, rayonlar üçün çatdırılma necə həyata keçirilir? Əlavə çatdırılma haqqı mövcuddurmu?

Bakı ətrafı bölgələr və rayonlar üçün çatdırılma xidməti poçt xidməti vasitəsi ilə həyata keçirilir və çatdırılma xidmətinə görə əlavə haqq nəzərdə tutulmur.

Hansı ödəmə üsulları mövcuddur?

Hazırda mağazamızda sadəcə Portmanat hesab və kod vasitəsi ilə ödənişlər qəbul edilir. İrəlidə digər ödəmə metodları da istifadəyə veriləcək. Eyni zamanda sifariş etdiyiniz kitabın qiymətini çatdırılma zamanı nəğd olaraq da ödəyə bilərsiniz.

Çatdırıma müddəti nə qədərdir?

Çatdırılma müddəti sifarişi verdiyinizin hansı zaman kəsimində olduğundan aslı olaraq 1-2 gün arasında dəyişir. Əgər günün lk yarısında sifarişiniz qeydə alınıbsa, o halda sifarişiniz gün ərzində sizə çatdırılacaq.

Saytınızda ödəniş məlumatları qorunurmu?

İstifadə etdiyimiz ödəniş vasitələri sadəcə öz sistemləri üzərindən ödəniş qəbul edir. Beləcə sizin şəxsi məlumatlarınız bizim tərəfimizdən qeydə alınmır. Sadəcə edilmiş əməliyyatların nəticəsini qəbul edirik.

Bloqumuzdan son yazılar

Did you find apk for android? You can find new Free Android Games and apps.